1/
09-11-2018

Bulvara gələn insanlara 5 mindən çox müxtəlif ölçülü bayraq hədiyyə olunub

Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr Bayraq Günü ilə əlaqədar aksiya keçirib. “Üçrəngli bayrağınla məsud yaşa”! devizi altnda keçirilən aksiyada bulvara gələn insanlara müxtəlif ölçülü bayraqlar, üzərində üçrəngli bayraq əks olunan nişanlar hədiyyə olunub. Aksiyanı keçirməkdə məqsəd Azərbaycanın azadlığının, suverenliyinin simvolu, xalqın qürur mənbəyi olan dövlət bayrağının təbliğ olunması, xüsusən yetişməkdə olan gənc nəslə bayrağa sevgi və hörmət hissini aşılamaqdır. Aksiya çərçivəsində bulvara gələn insanlara 5 mindən çox müxtəlif ölçülü bayraq və üzərində bayraq əksi olan nişanlar təqdim olunub.

Tədbirlər

DİGƏR TƏDBİRLƏR

16-06-2019

Dənizkənarı Bulvarda Yoqa və Sağlamlıq Festivalı keçirilib.

Daha çox
28-05-2019

"Himnimizi birgə oxuyaq”

Daha çox