1/
16-06-2019

Dənizkənarı Bulvarda Yoqa və Sağlamlıq Festivalı keçirilib.

Dənizkənarı Bulvarda Beynəlxalq Yoqa Günü çərçivəsində Yoqa və Sağlamlıq Festivalı keçirilib. Festival “YARAT” Müasir İncəsənət Məkanı ilə Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Builki festival, “Yoga Shahi” studiyasının təsisçisi Səbinə Şahinin kuratorluğu ilə həyata keçirilib. Hindistanın Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə təşkil edilən festivalın mövzusu “Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik”dir. Festivalın proqramında 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ənənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair leksiyalar, şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa malları, habelə etnik konsert və daha da çox xeyirli və maraqlı tədbirlər yer alıb.

Tədbirlər

DİGƏR TƏDBİRLƏR

28-05-2019

"Himnimizi birgə oxuyaq”

Daha çox
09-11-2018

Bulvara gələn insanlara 5 mindən çox müxtəlif ölçülü bayraq hədiyyə olunub

Daha çox