1970-ci illər | Dənizkənarı Bulvarın sahəsinin genişləndirilməsi

Dövlət tərəfindən respublikada və birinci növbədə Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində bulvar şərq və qərb istiqamətlərində genişləndirildi, onun uzunluğu 3,7 kilometrə çatdırıldı.