2015 | Daş Salnamə Muzeyinin açılışı

Daş Salnamə Muzeyi      

     Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş muzeydi. Muzeydə daş plastikanın bir çox növləri sərgilənir. Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş Salnamə Muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb.

     Muzey 1921-ci ildə inşa olunmuş və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulmuş elektrik stansiyasının binasında yerləşir. Sonralar bina tamamilə bərpa edildi. Bərpa işlərindən sonra Daş Salnamə Muzeyi kimi fəaliyyət göstərir.

   Muzeyin açılışı 2015-ci il iyunun ayının 8-də baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar.