2015 | Bakı Su İdmanı Sarayının açılışı

 Bakı Su İdmanı Sarayının açılışı

     Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olublar.

     Dövlət Bayrağı Meydanından (Daş Salnamə Muzeyinin qarşısından) Bibiheybət istiqamətində Bayıl bulvarı salındı və Su İdman Sarayının ətrafı abadlaşdırılaraq bulvara birləşdirildi, uzunluq 3,5 kilometr artırıldı. Beləliklə, Dövlət Bayrağı Meydanının ətrafının (Bayıl bulvarı və Su İdmanı Sarayı) ümumi sahəsi 99,1 ha təşkil etdi.

     Altı hektar ərazisi olan idman qurğusu yüksək keyfiyyətlə inşa edilib və artıq istifadəyə hazırdır. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.

    Bakı İdman Sarayı əsas idman zalı və texniki binadan ibarətdir. Burada ümumilikdə, 32 min kvadratmetr sahədə əsaslı təmir işləri aparılıb. Üç mərtəbəli binada təmir işləri beynəlxalq tələblər nəzərə alınaraq görülüb. Birinci Avropa Oyunları zamanı bu qurğuda idmanın badminton və stolüstü tennis növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur. Bundan başqa, burada “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin əməkdaşlarının iş və istirahət otaqları, iclas və toplantı zalları da var.