2015 | “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyi

“XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyi

     Azərbaycanın təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə edən ekspozisiyada dəzgah rəngkarlığının əsasını qoymuş ilk peşəkar rəssamlarla yanaşı, həm tanınmış korifeylərin, həm də qismən unudulmuş sənətkarların əsərləri sərgilənir.

     Sərgi realizm, modernizm və postmodernizm kimi bir-birindən fərqlənən bədii istiqamətlərdən bəhs edir və Azərbaycan təsviri incəsənətinin parlaq, sirli və dərkedilməz dünyası ilə tanış olmağa imkan yaradır.

   Dövlət Bayrağı Meydanı ərazisində yerləşən “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıb.

    2015-cü il iyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva ekspozisiyanın açılışında iştirak ediblər.