2015 | Bakı Ağ Şəhər bulvarının açılışı

Bakı Ağ Şəhər bulvarının açılışı

     İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva Bakı Ağ Şəhər bulvarının açılışında iştirak ediblər.

    Yeni “Ağ Şəhər bulvarı” layihəsi çərçivəsində işlər yüksək səviyyədə həyata keçirilib. Bu bulvar əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınıb.

  Dövlətimizin başçısının Sərəncamı ilə inşa olunan Bakı Ağ Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 34,6 hektardır. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Bundan başqa, açıq havada yaradılan trenajor sahəsi də istirahətə gələnlərin ixtiyarına veriləcək. Ən son genişləndirmələrlə birlikdə Dənizkənarı bulvarın uzunluğu 16 km-ə çatdırıldı. Dənizkənarı bulvarın ümumi sahəsi 199,664 ha təşkil edir.