2014 | Azərbaycan Xalça Muzeyinin açılışı

Azərbaycan Xalça Muzeyinin açılışı

     Avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi olub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdilər.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzeydə görülən işlərlə bağlı dövlətimizin başçısına və xanımına məlumat verdi. Müəllifi tanınmış avstriyalı memar Frans Yants olan muzey binasında Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim edilir. Prezident və xanımı burada fəaliyyət göstərən suvenir mağazası ilə tanış oldular.