2015 | YARAT Müasir İncəsənət Mərkəzinin açılışı

YARAT Müasir İncəsənət Mərkəzinin açılışı

     YARAT Müasir İncəsənət Məkanı 2015-ci ilin martın 29-da Bakı, Azərbaycanda müasir incəsənət üçün yeni mərkəzi təqdim etmişdir. YARAT Müasir İncəsənət Mərkəzi – YARAT üçün ilk daimi məkandır. O, 1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət göstərmiş Xəzər dənizinə baxan, Sovet dövründən qalma bərpa edilmiş dənizçilik binasında yerləşir. Bərpa nəticəsində ikimərtəbəli 2000 m2-lik dəbdəbəli sərgi məkanı yaradılmışdır. Bu məkanda YARAT Kolleksiyasının keçirdiyi sərgilər və yeni kitabxanaya ev sahibliyi etməklə yanaşı, il ərzində aparıcı beynəlxalq rəssamlar tərəfindən yeni yaranan hərəkat və komissiyaları vurğulayan dörd müvəqqəti sərgi də nümayiş olunur. Auditoriya nümayişlər, performanslar və YARAT-ın maarifləndirici tədbirləri üçün xüsusi məkan rolunu oynayır. Qeyri-rəsmi müzakirə və yığıncaqların məkanı olmaqla orqanik kafe mərkəzi tamamlayır. YARAT Müasir İncəsənət Mərkəzi yalnız Azərbaycanda deyil, bütövlükdə daha geniş regionda müasir incəsənət və incəsənət təhsili üçün nəzərdə tutulmuş bir məkan kimi başa düşülür.