“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) Siyahısı” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin:

2.1. ”Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 12 mart tarixli 76 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, N 3, maddə 308);

2.2. 2008-ci il 26 may tarixli 193s nömrəli sərəncamı;

2.3. 2009-cu il 1 may tarixli 104s nömrəli sərəncamı ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 22 iyun 2016-cı il

     № 234

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 22 iyun tarixli 234 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair)

 

SİYAHISI

 

  1. Büdcədən maliyyələşdirilən qurumlar:

1.1. Dövlət Bayrağı Muzeyi;

1.2. Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi.

  1. Təsərrüfathesablı təşkilatlar:

2.1. “Sahil Xidməti” MMC;

2.2. “Dənizkənarı Milli Park” MMC.

 

 

Qanunvericilik