Elşən Rüstəm oğlu İsgəndərovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Elşən Rüstəm oğlu İsgəndərov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini təyin edilsin.
  2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 17 iyun 2016-cı il

                № 2124

Qanunvericilik