Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatının “Dövlət bayrağının təbliği və beynəlxalq əməkdaşlıq” şöbəsi haqqında Əsəsnamə

                                                                                          

                                                                         

Azərbaycan Respublikasının Nazirlər Kabineti

yanında Dənizkənarı Bulvar İdarəsinin 2016-cı il

22 iyul tarixli 75 nömrəli əmri ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında

Dənizkənarı  Bulvar İdarəsinin Aparatının “Dövlət bayrağının

təbliği və beynəlxalq əməkdaşlıq” şöbəsi haqqında

 

Ə S A S N A M Ə

 

 

  1. Ümumi müddəalar

 1.1.Bu Əsasnamə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı   Bulvar İdarəsi (bundan sonra-İdarə) Aparatının təminedici bölməsi olan “Dövlət bayrağının təbliği və beynəlxalq əməkdaşlıq”  şöbəsinin (bundan sonra - Şöbə) əsas vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2.Şöbənin fəaliyyətinin əsas məqsədləri İdarənin fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasının, beynəlxalq əməkdaşlıqla bağlı qabaqlayıcı işlərin görülməsinin,  Dənizkənarı bulvara və Dövlət Bayrağı Muzeyinə gəlmiş yerli və xarici qonaqların protokola uyğun ziyarətləri işinin, idarənin fəaliyyətinin kütləvi informasiya vasitələri və  ictimaiyyətlə əlaqələndirilməsinin, habelə bu sahədə analitik-informasiya təminatı, məlumatların mətbuat, teleqraf agentlikləri və teleradio vasitəsilə yayımlanması  işlərinin təşkilinin  və inkişaf etdirilməsinin təmin edilməsidir.

1.3.Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azәrbaycan Respublikasının tәrəfdar çıxdığı beynәlxalq müqaviləlәri, İdarənin Əsasnaməsini, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi rəisinin əmr, sərəncamlarını, və bu Əsasnaməni rəhbər tutur.

1.4.Şöbə öz vәzifәlәrini yerinə yetirərkәn və hüquqlarını hәyata keçirәrkən İdarənin aparatının digәr struktur bölmәlәri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

  1. Şöbənin vəzifələri

 

      2.1.Şöbənin əsas vəzifələri aşağıdakılardır:

      2.1.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsini və bu sahədə görülən işləri əlaqələndirmək;

      2.1.2. Şöbəyə xarici dildə daxil və xaric olan sənədlərin tərcüməsini təşkil etmək;

      2.1.3 qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqi ilə bağlı təkliflər vermək;

      2.1.4. beynəlxalq və regional miqyaslı tədbirlərdə (konfrans, konqres, simpozium, sammit, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlər və s.) iştirak etmək;

      2.1.5. əhalinin istirahətinin təşkili, tamaşaların, kütləvi bayram proqramlarının, konsertlərin, musiqi və rəqs gecələrinin, sərgilərin, intellektual yarışların və idman tədbirlərinin keçirilməsini təmin etmək;

      2.1.6. İdarə rəisi, müavini(ləri), aparat rəhbəri və İdarənin digər əməkdaşlarının xarici ölkələrə səfərləri ilə bağlı texniki, təşkilati məsələləri həyata keçirmək (xidməti pasportların, vizaların almasını, müvafiq yazışmaların aparılması və s.);

           2.1.7. Azərbaycan Respublikasının Dövlət Bayrağının mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək;

2.1.8. Azərbaycan Respublikasının Dövlət Bayrağının və Dövlət Bayrağı Muzeyinin beynəlxalq və ölkə səviyyəsində təbliğini təşkil etmək;

2.1.9. ölkələrdən dəvət olunan yüksək səviyyəli nümayəndə heyətlərinin Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərinə ekskursiyalarının təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirmək;

2.1.10. Dənizkənarı bulvar ərazisində qanunvericiliklə reklam daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin verilməsini təşkil etmək;

2.1.11. Dənizkənarı bulvar ərazisində və ərazidə olan obyektlərdə yerləşdirilən reklama görə reklam yayıcıları ilə müqavilələrin  bağlamasını təşkil etmək;

2.1.12.Ərazidə yerləşən reklam daşıyıcılarının uçotunu aparmaq və reklama dair texniki şərtlər pasportunu hazırlamaq;

2.1.13. İdarənin fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

2.1.14. beynәlxalq vә regional təşkilatlardan daxil olmuş sorğuların cavablandırılmasını təşkil etmәk;

2.1.15.hüquqi vә fiziki şəxslәrdәn daxil olmuş müraciәtlәrә qanunvericiliklә müəyyәn edilmiş müddәtdə vә qaydada baxılmasını, araşdırılmasını vә cavablandırılmasını təmin etmәk;

2.1.16. beynәlxalq tәşkilatların nümayəndәliklәri, xarici diplomatik nümayәndәliklәr və analoji qurumlarla müvafiq işlәri aparmaq;

2.1.17. İdarə rəisinin əmr və göstərişləri ilə şöbəyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.       

  1. Şöbənin hüquqları

 

3.1.Şöbənin əsas hüquqları aşağıdakılardır:

3.1.1. İdarə rəhbərliyinin razılığı ilə şöbənin səlahiyyətlərinə, vəzifə və funksiyalarına aid olan məsələlərlə bağlı müvafiq dövlət qurumları və təsərrüfat subyektləri ilə yazışmalar aparmaq, sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.1.2. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün İdarənin struktur bölmələrindən və tabeli qurumlarından İdarənin səlahiyyətləri daxilində zəruri materiallar və məlumatlar almaq;

3.1.3. Azәrbaycanda vә ya xarici ölkələrdә təşkil olunan beynәlxalq tәdris kurslarında, seminarlarda və digәr tədbirlәrdә iştirak etmәk üçün әmәkdaşları müәyyәn etmәk, İdarənin rəhbәrliyinә bu mәsәlәrlә əlaqədar tәkliflər vermək;

3.1.4. İdarənin və tabeli qurumların  əmәkdaşlarından xarici ezamiyyәlərә dair müvafiq arayışlar və hesabatlar almaq;

3.1.5. fəaliyyәt istiqamәtlərinə uyğun rəy vermәk, tәhlillәr və ümumilәşdirmәlәr aparmaq, analitik materiallar hazırlayır və təkliflәr vermək;

3.1.6. müvafiq sahә üzrә mütəxəssislәrin hazırlanması vә ixtisasının artırılması üçün təkliflər vermək;

3.1.7. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşımaq;

3.1.8.Şöbə  Dənizkənarı Milli Parkda  o cümlədən, Dövlət Bayrağı Meydanı ərazisində və eləcə də Dövlət Bayrağı Muzeyində keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlərlə bağlı işlər görür, bu barədə lazım olan KİV-ə və internet resurslarına məlumatlar verilməsini təmin etmək;

3.1.9. açıqlanmalı olan ictimai informasiyaların internet saytında yerləşdirilməsini və onun daimi yenilənməsini təmin etmək;

3.1.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi istiqamətində işlər görür və bu sahədə görülən işləri əlaqələndirmək;

3.1.11. Dövlət Bayrağı Muzeyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflər verir,    investisiyalar cəlb edilməsi sahəsində beynəlxalq və milli maliyyə-kredit təşkilatları ilə qarşılıqlı əlaqələrdə iştirak etmək;

3.1.12.“Reklam haqqında” Azərbaycan Respublikasının Qanunununun tələblərinə uyğun olaraq Dənizkənarı Bulvarın ərazisində reklam və informasiya daşıyıcılarına nəzarəti həyata keçirmək;      

3.1.13. fәaliyyәt istiqamәtlərinә uyğun olaraq qanunvericiliklә nəzərdә tutulmuş digәr hüquqları həyata keçirmək.

  1. Şöbənin fəaliyyətinin təşkili

4.1. Şöbənin strukturu və əməkdaşlarının sayı İdarənin  rəisi tərəfindən müəyyən və təsdiq edilir.

4.2. Şöbəyə İdarənin  rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri Şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

4.3. Şöbə müdirinin İdarənin  rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

4.4. Şöbə müdirinin müavini –   Şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

4.5. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada Şöbə müdirinin müavini   həyata keçirir.

4.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

4.6.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

4.6.2. Şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

4.6.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

4.6.4. Şöbə üzrə İdarənin iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini İdarənin  rəhbərliyinə təqdim edir, Şöbə tərəfindən   hüquqi aktların vaxtında icrasını təmin edir;

4.6.5. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

4.6.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə İdarənin  rəisinə təqdimat verir;

4.6.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün İdarənin  digər strukturlarından zəruri məlumat və sənədləri alır;

4.6.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

4.6.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

4.6.10.Şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin    yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

4.6.11.Şöbəni təmsil edir;

4.6.12. qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin etmək.

4.7. Şöbənin digər əməkdaşları İdarənin rəisi tərəfindən vəzifəyə təyin olunur və  vəzifədən azad edilirlər.

4.8.. Şöbənin əməkdaşları onlara tapşırılmış işlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.

 

 

 

 

Qanunvericilik