A.Ə.Əhmədovun Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Ağacan Əhməd oğlu Əhmədov Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini təyin edilsin.
  2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2018-ci il

№441

Qanunvericilik