10-05-2018

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirilib

Mayın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. İlk olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin  aparatının rəhbəri Elmir Bağırov çıxış edib. O, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açmış, dahi öndərin müəyyən etdiyi inkişaf kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətləri vurğulamışdır. Daha sonra çıxış edən Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, Azərbaycanın dövlət rəmzlərinin məna və mahiyyətinin təbliğində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır. İdarənin əməkdaşı Esmira Məmmədova isə ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğı  və onların vətənpərvərlik ruhunda tərbiyəsindən söz açmışdır.

Tədbirin sonunda xalqımızın  ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb.

Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin kollektivi ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının  95-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər.

İdarənin  kollektivi xalqımızın ümummilli lideri Heydər Əliyevin və oftalmoloq, akademik Zərifə xanım  Əliyevanın məzarlarına gül dəstələri düzüblər.