09-05-2018

Minifutbol üzrə yarışlar başa çatıb

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublikası Komitəsi Rəyasət Heyətinin  və “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti Birliyi İdarə Heyətinin birgə qərarına əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş sahə həmkarlar ittifaqı təşkilatlarının komandaları arasında keçirilən minifutbol üzrə yarışlar başa çatıb.

Qeyd edək ki, Olimpiya Növləri üzrə Milli Komandalar  üzrə Təlim-Məşq Mərkəzinin meydançalarında keçirilən yarışlarda 10 komanda iştirak edib. Dənizkənarı  Bulvar İdarəsinin Həmkarlar İttifaqının komandası yüksək səviyyəli oyun nümayiş etdirərək yarışın qalibi adına layiq görülüb.

Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Elşən İsgəndərov qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.Sonda fəxri yer tutmuş iştiraçılara mükafatlar verilib.

Yarışın qalibi olan Dənizkənarı  Bulvar İdarəsinin Həmkarlar İttifaqının komandası kubok, pul mükafatı və fəxri fərmanla təltif olunublar.