21-05-2018

Dənizkənarı Milli Parkda "Eurovillage- Avropa şəhərciyi 2018" keçiriləcək

Avropa Şəhərciyinə dəvətlisiniz! 
Bakı Bulvarında təşkil olunacaq əyləncəli tədbirdə siz Avropa ölkələrinin mədəniyyəti, adət-ənənələri ilə tanış olacaq, viktorinalara və oyunlara qatılaraq maraqlı gün keçirəcəksiniz. 

“Avropa Şəhərciyi – 2018” ölkələri kəşf etmək istəyən gənclər, şirin-şəkər balalar və Avropa mədəniyyəti ilə maraqlanan hər kəs üçündür! 

Giriş sərbəstdir. 

PROQRAM: 

Tarix : 2 iyun
Tədbirin müddəti 12:00 – 20:00 

* Avropa şəhərlərinə virtual səyahət
* Elmi Şou 
* Gül çələnglərinin hazırlanması 
* 3D qələmlərlə qeyri-adi şəkillərin çəkilməsi
* Milli və Avropa rəqs dərsləri 
* Avropa dilləri dərsləri
* Futbol zonası 
* Karaoke 
* Foto kabinəsi 
* Avropa mətbəxinin nümayişi 
* Üz rəsmləri (feys-art) və əl xınası
* Milli naxışların çəkilməsi
* Çoxsaylı müsabiqələr və viktorinalar

Dostlarınızla və ailənizlə yığışın, gəlin!