29-05-2018

Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə hərbi orkestrlərin çıxışları olub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə mayın 28-də Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi orkestrlərin çıxışları Dənizkənarı Milli Parkda iki istiqamətdə - Azadlıq meydanının qarşısında və Azneft meydanı qarşısındakı dövlət bayrağının önündə, Fəvvarələr meydanında, Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında və Zabitlər parkında təşkil edilib.