30-05-2018

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti atraksionlardan, qatarlardan və gəmidən pulsuz istifadə aksiyası keçiriləcək

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

Aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu,  “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”,  “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.