01-06-2018

Dənizkənarı Milli Parkda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti atraksionlardan, qatarlardan və gəmidən pulsuz istifadə aksiyası keçirilib

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadəsi aksiyası keçirilib.

Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov AZƏRTAC-a bildirib ki, aksiyada yaşı 16-dək olan uşaq və yeniyetmələr saat 10:00-dan 13:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə ediblər. Aksiyada ümumilikdə 25 minə yaxın uşaq park ərazisindəki attraksionlarda, qatarlarda və sərnişinlərə xidmət göstərən gəmidə heç bir ödəniş etmədən əyləniblər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, “Qorxulu ev”, “Pirat”, “Möcüzələr dünyası”, “Mirvari” gəzinti gəmisi azyaşlılara xidmət göstərib.