23-06-2018

Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə Bakıda hərbi mahnılardan ibarət konsert olub

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə iyunun 23-də Dənizkənarı Milli Parkda konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Əlahiddə Nümunəvi Orkestr və Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi tərəfindən marşlar, hərbi və Vətənə həsr edilmiş mahnılar ifa olunub. Konsert şəhər sakinlərində və qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.