10-07-2018

Dənizkənarı Milli Parkda "Xəzərin sahilində" musiqi festivalına start verilir

"Xəzərin Sahilində" festivalı yenidən sizlərlə!

Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda "Xəzərin Sahilində - 2018" festivalına start verilir. 
Festival çərçivəsində 14 iyuldan başlayaraq 8 həftə ərzində hər həftənin şənbə günü, saat 20:00-22:00 aralığında, Ağ Şəhər Bulvarında festivala qoşulub isti yayın sərinliyini hiss edəcəksiniz.

Festival ərazisində Sizlərə piknik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

İlk qonaq haqqında Cavan sizlərə tezliklə məlumat verəcək. Səhifəmizin postlarını izləyərək növbəti qonaqların kim olacağını öyrənə biləcəksiniz.

Qeyd: Festivala giriş ödənişsizdir.