29-09-2018

“Enjoy with football”: Dənizkənarı Milli Parkda

“Grassroots” həftəsi çərçivəsində “Enjoy  with football” layihəsi bu dəfə Dənizkənarı Milli Parkda keçirilib və festivalda 100 uşaq iştirak edib. Layihə çərçivəsində növbəti festival sentyabrın 29-da Heydər Əliyev Mərkəzinin (Bakı şəhəri) ərazisində keçiriləcək.
Qeyd edək ki, bu layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.