25-12-2018

“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqəyə şəkillərin qəbul tarixi uzadıldı

Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümü ilə bağlı “Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə.

Dənizkənarı Bulvar İdarəsi Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümünə həsr olunan “Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə elan edir.

Müsabiqənin tarixi:

İştirakçı qeydiyyatı və fotoşəkillərin qəbulu

Başlanma: 11.12.2018

Bitmə: 04.01.2019

Müsabiqənin şərtləri:

  • Müsabiqədə yaşından asılı olmayaraq Azərbaycan Respublikası, eləcə də xarici ölkə vətəndaşları olan həvəskar və peşəkar fotoqraflar iştirak edə bilər.
  • Müsabiqəyə təqdim olunan fotolar office@bulvar.gov.az elektron ünvanına göndərilməlidir. Hər iştirakçı müsabiqəyə 3 foto təqdim edə bilər. Hər bir müəllif foto ilə bərabər özü haqda məlumatı (ad, soyad, fotonun adı, telefon nömrəsi) göndərməlidir. Fotolar JPG formatda, uzunluğu 1500 px olmalıdır.
  • Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir.
  • Fotolarda Dənizkənarı Milli Parkın görünüşü, atributları, bulvar ərazisindəki maraqlı mənzərələr və s. əks olunmalıdır.
  • Fotolarda əks olunmuş şəxslərin razılığına görə məsuliyyət fotoqrafın üzərinə düşür.
  • Fotolardan istifadə hüququ müəllif hüquqları qorunmaq şərti ilə Dənizkənarı Bulvar İdarəsinə məxsus olacaq.
  • Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq.

Münsiflər tərəfindən seçilmiş fotolara

  • 1 yer üçün 1500 AZN.
  • 2 yer üçün 1000 AZN.
  • 3 yer üçün 500 AZN

Pul mükafatı təqdim olunacaq.

  • Mobil telefonlarla çəkilən fotolar müsabiqənin "Mobiloqrafiya" bölməsində qəbul olunur. Mobil telefonlarla çəkilmiş fotolar Bulvaridare@gmail.com elektron ünvanına göndərilməlidir. Hər bir iştirakçı yalnız 2 foto təqdim edə bilər. Münsiflər heyətinin "Mobiloqrafiya" bölməsindəki fotolar arasından seçdiyi 20 şəkil arasından qalib instaqramda səs vermə yolu ilə müəyyənləşəcək.

Qaliblərə

  • 1 yer üçün 300 AZN
  • 2 yer üçün 200 AZN
  • 3 yer üçün 100 AZN

Pul mükafatı təqdim ediləcək.

Dənizkənarı Bulvar ərazisində müsabiqəyə təqdim olunan ən yaxşı fotolardan ibarət sərginin təşkili, fotolarla bağlı məlumat kataloqunun hazırlanması da planlaşdırılır.

 

Təşkilati dəstək Azərbaycan Fotoqraflar Birliyi

Müsabiqənin koordinatoru:

Nicat Abdullayev

Elektron ünvan: nicat.abdullayev@bulvar.gov.az

tel: +994 55 310 96 40