12-03-2019

Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi «Dənizkənarı Milli Park fotoqrafların gözü ilə» adlı fotomüsabiqənin qalibləri mükafatlandırılıb

Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi «Dənizkənarı Milli Park fotoqrafların gözü ilə» adlı fotomüsabiqənin qalibləri mükafatlandırılıb. Qalibləri peşəkar fotoqraflardan ibarət münsiflər heyəti seçib.
Müsabiqədə 1-ci yerə Etibar Cəfərov, 2-ci yerə Aleksandr Firstov, 3-cü yerə isə Rauf Umud layiq görülüb. Qaliblərə 1-ci yer üçün 1500 AZN, 2-ci yer üçün 1000 AZN, 3-cü yer üçün 500 AZN pul mükafatı təqdim olunub. Müsabiqənin "Mobiloqrafiya" nominasiyasının qalibləri isə Selcan Ələsli (1-ci yer), Almaz Bağırzadə (2-ci yer) və Kənan Süleymanovdur (3-cü yer). Qeyd edək ki, Münsiflər heyətinin "Mobiloqrafiya" bölməsindəki fotolar arasından seçdiyi 20 şəkil arasından qalib Dənizkənarı Bulvar İdarəsinin instaqram səhifəsində izləyicilərin səs vermə yolu ilə müəyyənləşib. Bu nominasiya üzrə qaliblərə 1-ci yer üçün 300 AZN, 2-ci yer üçün 200 AZN, 3-cü yer üçün 100 AZN pul mükafatı təqdim olunub. 
Qeyd edək ki, Fotomüsabiqə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümü münasibətilə keçirilib. Müsabiqə Azərbaycan Fotoqraflar Birliyinin təşkilati dəstəyi ilə baş tutub.