28-05-2015

Milli Parkda Respublika Günü münasibətilə möhtəşəm bayram konserti və atəşfəşanlıq olub (FOTO)

Mayın 28-də Bakı Şəhər İcra Hakimiyyətinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 28 May - Respublika Günü münasibətilə rəngarəng bayram konserti təşkil edilib.

Trend-in məlumatına görə, saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə Bakının sakinləri və qonaqları tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.

Sonda Dənizkənarı Milli Parka toplaşanlar möhtəşəm bayram atəşfəşanlığını maraqla seyr ediblər.