05-11-2016

Dənizkənarı Milli Parkda “Bayraq yürüşü” keçirilib VİDEO

Noyabrın 5-də Dənizkənarı Milli Parkda Təhsil Nazirliyinin  təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib.

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, müəllim, tələbə və şagirdlər iştirak ediblər.

Yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tələbə və şagirdlər Vətənə, bayrağımıza həsr olunmuş şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər.

“Bayraq yürüşü” “Azneft” meydanından başlanıb və Dövlət Bayrağı Meydanında başa çatıb.