12-12-2016

Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı tədbir keçirilib

Dekabrın 12-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş  anım tədbiri keçirilib.Tədbiri çıxış sözü ilə Dövlət Bayrağı Muzeyinin direktor müavini Samir Hüseynov açıb.Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin  Aparat rəhbəri Elmir Bağırov, Dövlət Bayrağının Təbliği və Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nazim Məcidov, Dövlət Bayrağı Muzeyinin direktor müavini Samir Hüseynov çıxış etdilər. Natiqlər ümummilli liderimiz Heydər Əliyevin siyasi kursundan, dövlətçilik tariximizdə gördüyü fəaliyyətlərdən söhbət açdılar. Tədbirin sonunda xalqımızın  ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxmışdır.

  Daha sonra İdarənin əməkdaşları ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etdilər.