19-01-2017

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir

19 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən 20 Yanvar – Ümumxalq Hüzn günü ilə bağlı Dövlət Bayrağı Muzeyində anım tədbiri keçirildi. Tədbir iştirakçıları 1990-cı il 20 yanvar gecəsində azadlıq və suverenlik uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. 

Tədbirdə çıxış edən İdarənin Aparat rəhbəri Elmir Bağırov qeyd etdi ki, Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü, böyük faciə ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda mübarizə ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq ümummilli lider Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilən hadisənin hüquqa, demokratiyaya, humanizmə zidd hadisə olduğunu deyib.

Digər natiqlər də faciə ilə bağlı öz fikirlərini bildirdilər və bu ağır günlərdə xalqımızın nümayiş etdirdiyi birliyin, şəhidlərimizin qəhrəmanlığının gənclər üçün nümunə olduğunu qeyd etdilər.

 Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olundu.