25-01-2017

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətinin əməkdaşları mükafatlandırılmışdır

24 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin mühafizə xidmətinin əməkdaşları Ramazan Nadir oğlu Mehdiyev və Mehrac İlqar oğlu Şahvələdli İdarə rəhbərliyi və İdarə Həmkarlar Komitəsi tərəfindən mükafatlandırılmışdır.

Mükafatlandırma adları qeyd olunan əməkdaşların Dənizkənarı Bulvar ərazisində özünü dənizə ataraq intihar etməyə cəhd göstərmiş şəhər sakininin xilas etməsi ilə bağlıdır. Mühafizə xidmətinin əməkdaşları küləkli və soyuq havada həyatlarını təhlükəyə ataraq öz vətəndaşlıq borcunu yerinə yetirmişlər. Dənizkənarı Bulvar İdarəsi tərəfindən xidmətdə fərqlənən əməkdaşlar daima diqqət mərkəzində saxlanılır və müvafiq qaydada mükafatlandırılır.