24-02-2017

Dövlət Bayrağı Muzeyində 26 Fevral Xocalı Soyqırımı ilə bağlı anım tədbiri

AR Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dövlət Bayrağı Muzeyində 26 Fevral Xocalı Soyqırımı ilə bağlı anım tədbiri keçirilmişdir.

İdarənin Aparat rəhbəri Elmir Bağırov Xocalıda baş vermiş hadisənin erməni millətçi ünsürlərinin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğın aksiyası olduğunu vurğulamışdır.

Daha sonra İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfail Niftəliyev, muzeyin elmi işçisi Türkan Mehdiyeva çıxış etmişlər. Tədbirin sonunda faciə ilə bağlı film nümayiş edilmişdir.