06-04-2017

Dənizkənarı Milli Parkda "Zəfər yürüşü" keçirilib

Aprelin 6-da Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı  və YAP Gənclər Birliyinin birgə təşəbbüsü ilə ötən ilin aprel döyüşlərində Azərbaycan Orudusunun qələbəsinin ildönümü münasibətilə «Qələbə yürüşü» keçirilib.

Minlərlə gəncin iştirak etdiyi «Qələbə yürüşü» Dənizkarı Milli Parkdakı «Saat qülləsi»nin yanından başlayıb. Gənclər yürüş boyunca «Şəhidlər ölməz, Vətən bölünməz!», «Qarabağ bizimdir, bizim olacaq!», «Torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazırıq!» və digər vətənpərvər ruhlu şüarlar səsləndiriblər. 

Son olaraq "Zəfər yürüşü" Dövlət Bayraq Meydanında dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.