09-04-2017

Ağ Şəhər Bulvarında Bakı 2017 Könüllülərinin "Velosiped Yarışı" keçirilmişdir

9 Aprel 2017-ci il tarixində İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Könüllülərlə İş Komandası tərəfindən Bakı 2017 Könüllüləri üçün "Velosiped Yarışı" keçirildi.

Ağ Şəhər Bulvarında keçirilən velosiped yarışında 150 könüllü mübarizəyə qoşularaq 1 km-lik yarış məsafəsində öz bacarıqlarını sınayıb. Yarışın təsnifat mərhələsi hər birində 11 könüllünün yarışdığı turlardan ibarət olub. Bu turların qalibləri isə, final mərhələsində bir-biri ilə yarışmaq hüququ əldə edib.

Beləliklə, rəqabətli mübarizə şəraitində keçən final mərhələsinin sonunda finiş xəttinə ilk çatan 5 könüllü qalib elan edilib:
Ağayeva Püstəxanım
Dibirova Alisa
Əhmədov Ramin
Hacıyev Toğrul
Şirinov Həmidağa