10-05-2017

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib

Mayın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. İlk olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin  rəisi  İlqar Mustafayev  çıxış edib. O, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açmış, dahi öndərin müəyyən etdiyi inkişaf kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətləri vurğulamışdır. Daha sonra çıxış edən Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, Azərbaycanın dövlət rəmzlərinin məna və mahiyyətinin təbliğində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır. Maliyyə və təminat şöbəsinin maliyyə sektorunun baş məsləhətçisi Vüqar  Tağızadə isə ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğı  və onların vətənpərvərlik ruhunda tərbiyəsindən söz açmışdır.

      Tədbirin sonunda xalqımızın  ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən  fotosərgiyə və filmə baxılıb.