26-05-2017

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçirililəcək

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçirililəcək.

Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada  3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu,  “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Şəfəq” və “Mirvari” gəzinti gəmiləri azyaşlılara ödənişsız xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalıçacaq.