01-06-2017

Dənizkənarı Milli Parkda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar atraksionlardan və qatarlardan pulsuz istifadə aksiyası keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Dənizkənarı Bulvar İdarəsi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan uşaqların ödənişsiz istifadəsi aksiyası keçirilib.

Aksiyada  yaşı 16-ya qədər uşaqlar saat 10:00-dan bulvardakı əyləncə vasitələrindən istifadə ediblər. Aksiya saat 15:00-dək davam edib.
Dənizkənarı Milli Parka gələn uşaqlar park ərazisindəki attraksionlarda və qatarlarda heç bir ödəniş etmədən əyləniblər.
Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları azyaşlılara ödənişsiz xidmət göstərib. Aksiyada 40 minə qədər uşaq iştirak edib.
Qeyd edək ki, aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.