23-07-2017

Dənizkənarı Milli Parkda Yoqa Festivalı keçirilib

YARAT Müasir İncəsənət Məkanı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə birgə "YARAT Freestyle" proqramı çərçivəsində 23 iyul tarixində Bayıl Bulvarı-Su İdman Sarayının yaxınlığında açıq havada iri miqyaslı yoqa festivalı günü təşkil etmişdir. Festivalın başlıca məqsədi – sağlam həyat tərzini təbliğ etməkdir.
Festival səhər saat 10:00-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başladı. Gün ərzində yoqa sevərlər bir çox müxtəlif tədbirlərdə iştirak etdilər.
Festivalın iştirakçıları "Yoga Shahi" studiyası, "The Art Of Living" Beynəlxalq Fondu, "Chandramukhi" Hind rəqs studiyası və "Sevimli bala" uşaq təşkilatıdır.

Tədbir zamanı Xəzər dənizi sahilində yaşıl qazon üzərində, peşəkar müəllimlər ilə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, FLY yoqa tədbirləri keçirilmişdir.

Tədbir saat 18:00-da yekunlaşmışdır.