04-10-2017

Səmti müəyyənetmə üzrə Açıq Ölkə Çempionatı keçiriləcəkdir

Oktyabr ayının 7 - 8-i tarixlərində səmti müəyyənetmə idman növü üzrə Açıq Ölkə Çempionatı keçiriləcəkdir. 

İki gün davam edəcək yarış Şabran rayonunun Qalaaltı meşə zolağında (7 oktyabr) və Bakı şəhərinin Dənizkənarı Bulvar - İçəri Şəhər ərazilərində (8 oktyabr) təşkil ediləcəkdir. 

Yarışda komanda və fərdi şəkildə - Elit, Open, Junior və müxtəlif yaş kateqoriyaları üzrə idmançılar mübarizəyə qoşula bilər. 
Yarış birinci gün Şabran, Qalaaltı meşə massivinin yeni çəkilmiş xəritəsi ərazisində orta məsafə, ikinci gün isə paytaxt Bakı Şəhəri, Dənizkənarı Bulvar-İçəri Şəhər ərazisində sprint növü üzrə keçiriləcək.