10-10-2017

Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

       Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar  İdarəsinin Dövlət Bayrağı Muzeyi yarandığı gündən Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılğı ilə Bakı şəhərinin ümumtəhsil məktəblərində "Dövlət bayrağının tarixi" mövzusunda mühazirələr təşkil edir. Bayrağımızın təbliği məqsədi ilə aparılan bu mühazirələr məktəblilərin böyük marağına səbəb olmuşdur. Hal-hazırda bu mühazirələr mütəmadi olaraq davam etməkdədir.

    İdarənin Dövlət Bayrağı Muzeyi bu dəfə 10 oktyabr 2017-ci il tarixində Xəzər rayonu Ramana qəsəbəsində yerləşən Şuşa rayonu Malıbəyli 1 nömrəli orta məktəbdə mühazirə təşkil etmişdir. Muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natəvan Əsədova və elmi işçisi Türkan Abbasova çıxış etmişlər.