27-10-2017

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi Bakı şəhəri üzrə ümumtəhsil orta məktəblərində Dövlət Bayrağının təbliği mövzusunda mühazirələr təşkil edir. Belə ki,İdarənin Dövlət Bayrağı Muzeyi bu dəfə 27 oktyabr 2017-ci il tarixində Bakı şəhəri Binəqədi rayonu 126 nömrəli orta məktəbdə bu mövzuda növbəti mühazirə təşkil etmişdir. Muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natəvan Əsədova çıxış etmişdir.