02-11-2017

“Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” adlı elmi seminar keçiriləcəkdir

9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

 7 noyabr 2017-ci il tarixində saat 10:00-dan -13:00-dək Dənizkənarı Milli Parkda Bakı Biznes Mərkəzində “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” adlı elmi seminar keçiriləcəkdir.

 Adı çəkilən elmi seminar 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağının cəmiyyətdə rolu, onun mənəvi, siyasi və ideoloji əhəmiyyəti və dövlət rəmzlərinin gənc nəslin formalaşdırılmasında təbliğinə həsr olunub. Kecirilən elmi seminar gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin qorunmasında dövlət bayrağının əhəmiyyətini və eyni zamanda tədris müəssisələrində dövlət rəmzlərinin təbliğinə həsr olunur.      

 Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, elm və ictimai xadimlər, alimlər, tədqiqatçıların elmi məruzələrlə çıxışı və eyni zamanda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Bayraq muzeylərinin əməkdaşlarının da iştirakı nəzərdə tutulur.