07-11-2017

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən keçirilən “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” adlı elmi seminar keçirilmişdir

       9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

7 noyabr 2017-ci il tarixində saat 10:00-dan 13:00-dək Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən keçirilən “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” adlı elmi seminar  keçirildi. Adı çəkilən elmi seminar 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan dövlət bayrağının müasir cəmiyyətdə yeri və rolu, onun mənəvi, siyasi və ideoloji əhəmiyyəti və dövlət rəmzlərinin gənc nəslin formalaşdırılmasında təbliğinə həsr olunub. Keçirilən elmi seminar gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin qorunmasında dövlət bayrağının əhəmiyyətini və eyni zamanda tədris müəssisələrində dövlət rəmzlərinin təbliğ istiqamətlərinin elmi-nəzəri aspektləri müzakirə olundu.

     Tədbir Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayevin açılış nitqi ilə başladı. Tədbirin birinci hissəsində AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov, Səbail rayon İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış etdi. Elmi seminarın ikinci hissəsində əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Müdafiə nazirinin müşaviri, polkovnik  Abdulla Qurbani  (“Bayrağımız, varlığımız, bəxtiyarımız”), AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov  (“Dövlət bayrağı - müstəqil Azərbaycan dövlətinin əsas atributlarından biri kimi”), AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru, professor Tofiq Nəcəfli (“Azərbaycan Səfəvi dövlətinin bayraqları haqqında”), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent  Firdovsiyyə Əhmədova (“Azərbaycan xalqının siyasi iradəsinin ifadəsində dövlət bayrağının əhəmiyyəti”) və Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyeva (“Dövlət bayrağının təbliğ olunmasında Dövlət Bayrağı Muzeyinin rolu”) elmi məruzələrlə çıxış etdilər. Elmi seminarın sonunda Dənizkənarı Bulvar İdarəsi tərəfindən hazırlanmış “Azərbaycan bayrağı” elmi-metdoki materialın nümayişi oldu və bununla da elmi seminar öz işini başa vurdu.

 “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” adlı elmi seminarda dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, alimlər, tədqiqatçılar, gənclər təşkilatlarının nümayəndələri və eyni zamanda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən bütün Bayraq muzeylərinin əməkdaşları iştirak etdilər.