12-12-2017

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət edilib

Dekabrın 12-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin kollektivi ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin   Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.

İdarənin  kollektivi xalqımızın ümummilli lideri Heydər Əliyevin və oftalmoloq, akademik Zərifə xanım  Əliyevanın məzarlarına gül dəstələri düzüblər.