14-02-2018

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir. Belə ki,İdarənin Dövlət Bayrağı Muzeyi 13.02.2018 tarixində Xətai rayonu 58 saylı məktəbdə (Natəvan Əsədova), 09.02.2018  tarixində Nizami rayonu 210 saylı məktəbdə (Vüsal Cəfərli), 06.02.2018 tarixində Yasamal rayonu 13 saylı məktəb (Natəvan Əsədova), 02.02.2018 tarixində Nəsimi rayonu 54 saylı məktəbdə (Natəvan Əsədova), 18.01.2018 tarixində Nizami rayonu 12 saylı məktəbdə (Natəvan Əsədova) mühazirələrlə çıxış etmişdir.

Mühazirənin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.

Mühazirədə şagirdlərə Azərbaycan bayrağının  günümüzə qədər  keçdiyi tarixi yol, Azərbaycanın dövlət atributları haqqında  məlumat verilib, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanıb. Eləcə də, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirib, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşüblər.