28-02-2018

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir. Belə ki, İdarənin Dövlət Bayrağı Muzeyi 27 fevral tarixində Nəsimi rayonu 35 nömrəli  və məktəbdə, 16 fevral tarixində isə Səbail rayonu 49 saylı məktəbdə növbəti mühazirələri təşkil etmişdir.

Mühazirələrlə muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natəvan Əsədova  çıxış etmişdir.

Mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.

Mühazirələrdə şagirdlərə Azərbaycan bayrağının  günümüzə qədər  keçdiyi tarixi yol, Azərbaycanın dövlət atributları haqqında  məlumat verilib, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanıb. Eləcə də, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirib, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşüblər.