14-03-2018

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini il ərzində davam etdirir. 
İdarənin tabeliyindəki Dövlət Bayrağı Muzeyinin əməkdaşları Xətai rayonu 58 saylı tam orta məktəbdə, Nizami rayonu 210, 61 və 12 saylı tam orta məktəblərdə, Yasamal rayonu 13 saylı tam orta məktəbdə, Nəsimi rayonu 54, 35 saylı tam orta məktəblərdə və 16 saylı texniki-humanitar liseydə, Nərimanov rayonu 36, 37 və 82 saylı tam orta məktəblərdə,Binəqədi rayonu 3 və 267 saylı tam orta məktəblərdə, Sabail rayonu 49 saylı məktəb-lisey və 2 saylı texniki-humanitar liseydə milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənpərvərlik barədə mühazirələrlə çıxış etmişlər.