16-04-2018

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir. Belə ki, İdarənin tabeliyindəki Dövlət Bayrağı Muzeyi "Şirvanşahlar sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq muzeyi ilə birgə  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş "Vətən" adlı mühazirə ilə 6 aprel 2018-ci il tarixində  45 saylı orta məktəbdə, İdarənin tabeliyindəki Dövlət Bayrağı Muzeyi isə 13 aprel 2018-ci il tarixində 189-190 nömrəli tam orta məktəblərdə keçirilmişdir.

Mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.

Mühazirələrdə şagirdlərə Azərbaycan bayrağının  günümüzə qədər  keçdiyi tarixi yol, Azərbaycanın dövlət atributları haqqında  məlumat verilib, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanıb. Eləcə də, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirib, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşüblər.