24-10-2017
Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin bütün əməkdaşları mövsümlə ələqədar xüsusi geyim dəstləri ilə təmin edilmişdir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin tabeliyində olan Kommunal Xidmət, Təmir və Dənizkənarı Bulvar ərazisinin  mühafizəsi müəssisəsinin bütün əməkdaşları mövsümlə əlaqədar olaraq xüsusi geyim dəsti ilə təmin olunur. Xüsusi geyim formaları şöbə üzrə əməkdaşlarını fərqləndirmək üçün müxtəlif rənglərdə hazırlanmışdır. Bu da öz növbəsində Dənizkənarı Milli Parkda çalışan əməkdaşlarının xidmətinin keyfiyyətinin yüksəldilməsinə öz müsbət təsirini göstərir.

24-10-2017
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi Bakı şəhəri üzrə ümumtəhsil orta məktəblərində Dövlət Bayrağının təbliği mövzusunda mühazirələr təşkil edir. Belə ki,İdarənin Dövlət Bayrağı Muzeyi bu dəfə 20 oktyabr 2017-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu 275 nömrəli orta məktəbdə bu mövzuda növbəti mühazirə təşkil etmişdir. Muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natəvan Əsədova çıxış etmişdir.

20-10-2017
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi Bakı şəhəri üzrə ümumtəhsil orta məktəblərində Dövlət Bayrağının təbliği mövzusunda mühazirələr təşkil edir. Belə ki,İdarənin Dövlət Bayrağı Muzeyi bu dəfə 20 oktyabr 2017-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu 67 nömrəli orta məktəbdə bu mövzuda növbəti mühazirə təşkil etmişdir. Muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natəvan Əsədova çıxış etmişdir.

19-10-2017
“Azərbaycan Bayrağı” kitabının təqdimat mərasimi keçirilmişdir

9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdən biri də tarix üzrə fəlsəfə doktoru, Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyevanın “Azərbaycan Bayrağı” adlı kitabının təqdimat mərasimidir. Təqdimat mərasimi 19 oktyabr 2017-ci il tarixində saat 15:00-da Bakı Kristal Zalında keçirilmişdir.       “Azərbaycan Bayrağı” kitabı bayrağımızın təkamülü, inkişaf yolları və formalaşması tarixinə həsr olunub. Kitabın hazırlanmasında əsas məqsəd Azərbaycan bayrağının müstəqil dövlətçilik tarixində, eləcə də gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rolunu sistemli şəkildə oxuculara çatdırmaqdan ibarətdir. Gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində dövlət rəmzlərinin təbliği xüsusi əhəmiyyət daşıyır. Kitabın hazırlanması dövlət rəmzlərinin təbliğatının ictimaiyyət, xüsusən gənclər arasında aparılmasına geniş imkanlar yaradacaq.        Kitabda dünyada bayraqların formalaşması ilə bağlı maraqlı tarixi faktlar da öz əksini tapmış, qədim dövrlərdən Azərbaycan ərazisində hakimiyyət rəmzi mənasını daşıyan, nişanlar şəklində meydana gələn bayrağıın sonradan uzun tarixi yol keçərək müasir bayraq kimi formalaşması geniş şəkildə təhlil olunmuşdur.      Tarixin qədim dövrlərindən etibarən Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarının müxtəlif nümunələrinə dair maraqlı məlumatlar  öz əksini tapıb, həmin materiallar  illüstrativ formada oxucuların diqqətinə çatdırılıb.  Azərbaycanın orta əsrlər dövlətlərinin bir neçə bayrağının ilkin mənbələr əsasında tədqiqi və kitabda əks olunması əsərin elmi əhəmiyyətini artıran amillərdəndir. Belə ki, Azərbaycanın orta əsrlər dövlətlərinin bərpa edilmiş bayraqları Dövlət Bayrağı Muzeyi ilə yanaşı, regionlardakı Bayraq Muzeylərinin də kolleksiyalarını bəzəyir.      Bundan başqa, milli rəmzin bərpası və qəbulunda ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət bayrağının təbliği sahəsində müstəsna rolu göstərilib. Eyni zamanda, dövlət bayrağı ilə bağlı qanunvericilik bazasının formalaşdırlması prosesi də geniş şəkildə işıqlandırılmışdır.      “Azərbaycan Bayrağı” kitabının elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov, rəyçisi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Nailə Vəlixanlıdır.     Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik, millət vəkili, cənab Yaqub Mahmudov,  H.Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmaları departamentinin direktoru Məhəbbət xanım Mehdiyeva, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor cənab Tofiq Nəcəfli və kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış etmişdir.       

11-10-2017
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsində dəyişiklik olunub

  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 868 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsi”ni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 868 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 673) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsi”nin 4.0.3-cü yarımbəndindən “nəqliyyat vasitələrinin parklanması xidmətlərinin” sözləri çıxarılsın və həmin yarımbəndə “göstərilməsini” sözündən sonra “, habelə nəqliyyat vasitələrinin duracaq yerlərini” sözləri əlavə edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 10 oktyabr 2017-ci il.