03-10-2016
Oktyabrın 1-i Dənizkənarı Milli Parkda "Avropa şəhərciyi 2016" festivalı keçirilib.

Oktyabrın 1-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ittifaqa üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə səyi və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Avropa şəhərciyi-2016” festivalını təşkil edib.  Dənizkənarı Milli Parkda baş tutan tədbirdə Avropa İttifaqına daxil olan 22 ölkənin mədəniyyətini, adət-ənənəsini və turizm potensialını əks etdirən stendlər quraşdırılıb. Avropa İttifaqının Azərbaycandakı səfiri, xanım Malena Mard çıxış edərək bildirib ki, “Avropa şəhərciyi” Aİ-yə üzv ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Vurğulanıb ki, “Avropa şəhərciyi-2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahətlər, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və digər maraqlı proqramlar təşkil olunacaq. “Avropa Şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir tədbirdir. Müsabiqə və viktorina qaliblərini isə xüsusi hədiyyələr gözləyir. Diplomat hər kəsi əyləncə dolu gündən zövq almağa dəvət edib. Sonra festival açıq elan olunub. İştirakçılar “qaspaço” və “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı, izza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu da yaxından izləmək imkanı əldə ediblər. Festivalda xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı və müxtəlif şoular da təşkil olunub. “Səs Azərbaycan” layihəsi iştirakçılarının ifası ilə davam edən festival məşhur fransız DJ David Vendetta və skripkaçı Micah möhtəşəm konsert proqramı ilə iştirakçıların zövqünü oxşayıb. Qeyd edək ki, sözügedən festival 2013-cü ildən etibarən keçirilir.  

17-09-2016
Respublika qəzetində Dənizkənarı Milli Park barəsində məqalə dərc olunub.

Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev  qəzetin müxbirinə müsahibə verib.  

08-09-2016
Bakı bulvarının görünməyən həyatı – unikal kadrlar (ÖZƏL) (FOTO)

Dənizkənarı Milli Park yerli sakinlərin və Bakı şəhərinin qonaqlarının ən sevimli istirahət məkanlarından biridir. Dənizkənarı Milli Parkın gözlə gördüyümüz gözəlliklərindən başqa görünməyən tərəfləri də var.

11-08-2016
Dənizkənarı Milli Parkda Yaponiyanın nadir ağacı əkilib (FOTO-VIDEO)

Bu gün Dənizkənarı Milli Parkda Yaponiyanın uzunömürlü və nadir bitkisi olan "Ginka biloba" ağacının əkilməsi mərasimi keçirilib.Mərasim Bakı Avropa Liseyi tərəfindən təşkil olunub.Mərasimdə liseyin, Dənizkənarı Bulvar İdarəsinin, ADA Universitetinin, təhsil və xarici işlər nazirliklərinin, habelə Yaponiya səfirliyinin nümayəndələri iştirak ediblər. Ağac Azərbaycana Yaponiya tərəfindən hədiyyə olunub. Ağacı Bakı Avropa Liseyinin şagirdləri əkiblər.

26-07-2016
Milli Parkda pulsuz rəqs dərsləri (FOTO)

Dənizkənarı Milli Parkda rəqs üzrə açıq dərslər keçirilib. Azərbaycan Rəqs Assosiasiyasından (ARA) Trend-ə verilən məlumata görə, dərslər istəyənlər üçün tamamilə pulsuz təşkil edilib. Açıq dərslər yay mövsümünün bağlanmasına qədər hər bazar günü keçiriləcək. Layihə Azərbaycan Gənclər İttifaqı (AGİ), ARA, Jam SS rəqs studiyası və Bulvar administrasiyasının dəstəyi ilə həyata keçirilir. Dərslərə qatılmaq istəyən şəxs Dövlət KuklaTeatrının arxasındakı açıq meydançaya hər bazar günü saat 18:00-dan 21:00-dək gələ bilər. Dərsləri JamSS studiyasının dəfələrlə Azərbaycan və Qafqaz çempionları, Avropa və Dünya mükafatçıları, Rusiyada və Avropada ustad dərslərini keçən peşəkar müəllimləri keçirlər. ARA prezidentinin müavini Anna Levkina bildirib: "Ötən bazar günü biz bu gözəl bulvarda ilk açıq dərslər keçdik. Bu, böyük və vacib layihədə ilk sınaq günü idi və ona görə də biz milli rəqslər ilə başlamışdıq. Şadıq ki, əhalidə böyük maraq gördük. Meydanda xeyli adam toplaşmışdı. Uşaqlar və böyüklər bizim gözəl müəllim Vüqar Rəhimov və Şəms Həsənzadə ilə rəqs edirdilər. Çox adam layihəyə görə təşəkkür bildirirdi və daha hansı rəqslərin proqramda olacağı ilə maraqlanırdılar". ARA prezidenti və AGİ sədr müavini Əziz Əzizov bildirib: "Bizim layihənin əsas məqsədi gənclər arasında rəqs sənətini tanıtmaqdır. Düşünürəm ki, ilk gündən göründüyü kimi, biz vəzifəmizin öhdəsindən gəlirik. Milli musiqi və Azərbaycan Dövlət Rəqs Ansamblının rəqsləri meydançaya çoxlu sayda insan cəlb edib. Onların arasında uşaqlar, gənclər və yaşlı nəslin nümayəndələri var idi. Kimsə utanıb rəqs etmirdi və kənardan izləyirdi. Ancaq meydanda fəal iştirak edənlər də var idi. Amma istər-istəməz biz insanlarda maraq gördük. Deməli, öz işimizi davam edəcəyik". Növbəti bazar günü - iyulun 31-i aşağıdakı istiqamətlər üzrə rəqs dərsləri keçiləcək: 18:00 - Hip-Hop. Müəllim - Andrew Freeman 19:00 - Latino. Müəllimlər - Xəyal Əhmədov və Veronika Talıbova 20:00 - Milli. Müəllimlər - Vüqar Rəhimov və Şəms Həsənzadə