10-11-2017
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir.Belə ki,İdarənin Dövlət Bayrağı Muzeyi bu dəfə 8 və 10 noyabr  2017-ci il tarixlərində  müvafiq olaraq Bakı şəhəri 6 nömrəli orta məktəbdə və Bakı şəhəri Sabunçu rayonu 74 nömrəli orta məktəbdə Dövlət Bayrağının təbliği mövzusunda növbəti dəyirmi masa və mühazirə təşkil etmişdir. Muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natəvan Əsədova mühazirələrlə çıxış etmişdir.

08-11-2017
Dövlət Bayrağı Günü ilə əlaqədar Fəxri Xiyaban və Şəhidlər xiyabanı ziyarət edilib

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin kollektivi 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Sonra idarənin kollektivi Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyub.

07-11-2017
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən keçirilən “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” adlı elmi seminar keçirilmişdir

       9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən silsilə tədbirlərin keçirilməsi davam etdirilir. 7 noyabr 2017-ci il tarixində saat 10:00-dan 13:00-dək Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən keçirilən “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” adlı elmi seminar  keçirildi. Adı çəkilən elmi seminar 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan dövlət bayrağının müasir cəmiyyətdə yeri və rolu, onun mənəvi, siyasi və ideoloji əhəmiyyəti və dövlət rəmzlərinin gənc nəslin formalaşdırılmasında təbliğinə həsr olunub. Keçirilən elmi seminar gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin qorunmasında dövlət bayrağının əhəmiyyətini və eyni zamanda tədris müəssisələrində dövlət rəmzlərinin təbliğ istiqamətlərinin elmi-nəzəri aspektləri müzakirə olundu.      Tədbir Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayevin açılış nitqi ilə başladı. Tədbirin birinci hissəsində AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov, Səbail rayon İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış etdi. Elmi seminarın ikinci hissəsində əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Müdafiə nazirinin müşaviri, polkovnik  Abdulla Qurbani  (“Bayrağımız, varlığımız, bəxtiyarımız”), AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov  (“Dövlət bayrağı - müstəqil Azərbaycan dövlətinin əsas atributlarından biri kimi”), AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru, professor Tofiq Nəcəfli (“Azərbaycan Səfəvi dövlətinin bayraqları haqqında”), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent  Firdovsiyyə Əhmədova (“Azərbaycan xalqının siyasi iradəsinin ifadəsində dövlət bayrağının əhəmiyyəti”) və Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyeva (“Dövlət bayrağının təbliğ olunmasında Dövlət Bayrağı Muzeyinin rolu”) elmi məruzələrlə çıxış etdilər. Elmi seminarın sonunda Dənizkənarı Bulvar İdarəsi tərəfindən hazırlanmış “Azərbaycan bayrağı” elmi-metdoki materialın nümayişi oldu və bununla da elmi seminar öz işini başa vurdu.  “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” adlı elmi seminarda dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, alimlər, tədqiqatçılar, gənclər təşkilatlarının nümayəndələri və eyni zamanda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən bütün Bayraq muzeylərinin əməkdaşları iştirak etdilər.

02-11-2017
“Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” adlı elmi seminar keçiriləcəkdir

9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən silsilə tədbirlərin keçirilməsi davam etdirilir.  7 noyabr 2017-ci il tarixində saat 10:00-dan -13:00-dək Dənizkənarı Milli Parkda Bakı Biznes Mərkəzində “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” adlı elmi seminar keçiriləcəkdir.   Adı çəkilən elmi seminar 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağının cəmiyyətdə rolu, onun mənəvi, siyasi və ideoloji əhəmiyyəti və dövlət rəmzlərinin gənc nəslin formalaşdırılmasında təbliğinə həsr olunub. Kecirilən elmi seminar gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin qorunmasında dövlət bayrağının əhəmiyyətini və eyni zamanda tədris müəssisələrində dövlət rəmzlərinin təbliğinə həsr olunur.           Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, elm və ictimai xadimlər, alimlər, tədqiqatçıların elmi məruzələrlə çıxışı və eyni zamanda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Bayraq muzeylərinin əməkdaşlarının da iştirakı nəzərdə tutulur.

31-10-2017
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi Bakı şəhəri üzrə ümumtəhsil orta məktəblərində Dövlət Bayrağının təbliği mövzusunda mühazirələr təşkil edir. Belə ki, İdarənin Dövlət Bayrağı Muzeyi bu dəfə 31 oktyabr 2017-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu 80 nömrəli orta məktəbdə bu mövzuda növbəti mühazirə təşkil etmişdir. Muzeyin baş elmi işçisi Vüsal Cəfərov mühazirə ilə çıxış etmişdir.   Mühazirənin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir. Mühazirədə şagirdlərə Azərbaycan bayrağının  günümüzə qədər  keçdiyi tarixi yol, Azərbaycanın dövlət atributları haqqında  məlumat verilib, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanıb. Eləcə də, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirib, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşüblər. Qeyd edək ki, 2017-ci ilin oktyabr-dekabr aylarında paytaxtın 19 ümumi təhsil müəssisəsində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələrin keçirilməsi nəzərdə tutulur.  Ümumilikdə, son 4 il ərzində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 150-dən çox ümumi təhsil məktəbində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr təşkil olunub.