10-05-2017
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib

Mayın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. İlk olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin  rəisi  İlqar Mustafayev  çıxış edib. O, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açmış, dahi öndərin müəyyən etdiyi inkişaf kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətləri vurğulamışdır. Daha sonra çıxış edən Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, Azərbaycanın dövlət rəmzlərinin məna və mahiyyətinin təbliğində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır. Maliyyə və təminat şöbəsinin maliyyə sektorunun baş məsləhətçisi Vüqar  Tağızadə isə ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğı  və onların vətənpərvərlik ruhunda tərbiyəsindən söz açmışdır.       Tədbirin sonunda xalqımızın  ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən  fotosərgiyə və filmə baxılıb.

30-04-2017
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib.“Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Tədbirdə iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları da yarışda iştirak etdi. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.

09-04-2017
Ağ Şəhər Bulvarında Bakı 2017 Könüllülərinin "Velosiped Yarışı" keçirilmişdir

9 Aprel 2017-ci il tarixində İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Könüllülərlə İş Komandası tərəfindən Bakı 2017 Könüllüləri üçün "Velosiped Yarışı" keçirildi. Ağ Şəhər Bulvarında keçirilən velosiped yarışında 150 könüllü mübarizəyə qoşularaq 1 km-lik yarış məsafəsində öz bacarıqlarını sınayıb. Yarışın təsnifat mərhələsi hər birində 11 könüllünün yarışdığı turlardan ibarət olub. Bu turların qalibləri isə, final mərhələsində bir-biri ilə yarışmaq hüququ əldə edib. Beləliklə, rəqabətli mübarizə şəraitində keçən final mərhələsinin sonunda finiş xəttinə ilk çatan 5 könüllü qalib elan edilib:Ağayeva PüstəxanımDibirova AlisaƏhmədov RaminHacıyev Toğrul Şirinov Həmidağa

06-04-2017
Dənizkənarı Milli Parkda "Zəfər yürüşü" keçirilib

Aprelin 6-da Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı  və YAP Gənclər Birliyinin birgə təşəbbüsü ilə ötən ilin aprel döyüşlərində Azərbaycan Orudusunun qələbəsinin ildönümü münasibətilə «Qələbə yürüşü» keçirilib.Aprelin 6-da Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı  və YAP Gənclər Birliyinin birgə təşəbbüsü ilə ötən ilin aprel döyüşlərində Azərbaycan Orudusunun qələbəsinin ildönümü münasibətilə «Qələbə yürüşü» keçirilib.

18-03-2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.